Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Akif Islamzade - Ala gözlüm | Текст песни

Pesni.guru - сайт для Гуру

NEYLƏYİM | NİGAR RƏFİBƏYLİ

Həyat yoldaşı Rəsul Rzaya...

Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızıl güllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmən saçını yolur, neyləyim?

Əsən rüzgarın da yoxdur vəfası
Düşmüşdür başına özgə sevdası.
Lalənin cırılıb qəmdən yaxası
Saçları pərişan olur, neyləyim?

Bəlkə tez gələsən, əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən-
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır neyləyim?

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • akif islamzade sari gelin akif islamzade sari gelin
    Akif İslamzadə bu mahnıya möhür vurub sözün əsl mənasında ... Akif Islamzade Azerbaycan ...