Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Roya - Kas | Текст песни

Pesni.guru - сайт для Гуру

Allah bilir nə vədə,
Həsrət buludu gedər.
Yollar ayrı düşəndə,
Günah yoxdur sevgidə.
Necə ağır olsa da,
Səndən yoxdur bir səda.
Ümid yaşar ölməyib
Bu dünyada.

Zülmətin köksünü
Yandırar günəşin,
Bir zərrəsi olaydın kaş!
Məhəbbət qanadlı
Küləyə qoşulub,
Ürəyimə dolaydın kaş!
Qovub qəm-kədəri,
Bir bahar səhəri
Sən qəfildən gələydin kaş!

Sənsizdir çölüm-dağım
Həsrətin mənim dağım.
Nəfəsinə möhtacdır,
Tənha qalan otağim.
Gözü yaşlı arzular,
Vüsal günün arzular.
Mənim sənsiz dünyada
Bir arzum var...

Zülmətin köksünü
Yandırar günəşin,
Bir zərrəsi olaydın kaş!
Məhəbbət qanadlı
Küləyə qoşulub,
Ürəyimə dolaydın kaş!
Qovub qəm-kədəri,
Bir bahar səhəri
Sən qəfildən gələydin kaş!

Mən səni gözləyirəm...


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-