Pesni.guru - сайт для Гуру
Çiçək açan arzuların
Tükənməyən xəzinədir.
Adın ana, özün qadın,
Laylan şirin bir nəğmədir.
Müqəddəssən əziz qadın,
Eşqin dərin və uludur.
Qəlbindəki həyəcanın
Ömrün coşğun bir suyudur
Laylay dürün tökdü yatdın,
Qəlbi qara zülmətlərin.
Böyütdüyün mərd övladın
Fəth eyləyər zirvələri. (x2)
Görəndə mən gözlərini
Qanad açdım ildən-ilə.
Dinlədikcə sözlərini
Coşdu qəlbim, döndü selə
Hər an sənə min ehtiram
Bəsləyirəm qəlbimdə mən.
Bu dünyada nə ki varam,
Məni sənsən düşündürən.
Laylay dürün tökdü yatdın,
Qəlbi qara zülmətlərin.
Böyütdüyün mərd övladın
Fəth eyləyər zirvələri. (x4)
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1